11R2 sinif şagirdi Fərid Babayev Amerika səfirliyi tərəfindən keçirilən" Essay Contest" müsabiqəsinin qalibi oldu

21 Aprel 2017

Liseyimizin 11R2 sinif şagirdi Fərid Babayev Amerika səfirliyi tərəfindən keçirilən “Essay Contest”  müsabiqəsində “How Azerbaijan and USA can work together to make the world a better for young poeple” adlı mövzusunda esse yazaraq qalib oldu. Onu da qeyd etmək istərdik ki, Fərid Babayev Amerika səfirliyinin təşkil etdiyi tədbirlərdə mütəmadi olaraq iştirak edir, müsabiqələrdə qalib gələrək liseyimizi layiqincə təmsil edir.  

Şagirdimiz Fərid Babayevi Akademik Zərifə Əliyeva adına liseyin müəllim-şagird kollektivi adından təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.