" Robert College International Model United Nations " konfransında

10 Aprel 2019

02-06 aprel,2019-cu il tarixində liseyimizin ingilis dili müəllimləri Aynur Hüseynova,  Xanım Şamilova və 15 şagirdlərdən ibarət nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində yuxarı sinif şagirdləri üçün keçirilən " Robert College International Model United Nations "("RCİMUN" ) konfransında iştirak etdilər. " RCİMUN " Gələcək Liderlər Cəmiyyətini quran və devizi "Sizin Gələcəyiniz Bizim Vəzifəmizdir" olan Robert Kollecinin dəstəyi ilə keçirilir.

"Robert College International Model United Nations "("RCİMUN" ) bütün dünyadan 300- dən çox şagirdin iştirak etdiyi illik beynəlxalq toplantıdır. Burada beynəlxalq siyasi gündəmdə olan əsas məsələlərin müzakirəsi aparılır. "The Model UN " şagirdlərin gələcəkdə istifadə edəcəkləri bilik və yüksək bacarıq səviyyəsinin əldə olunmasının, əlaqə yaratmaq, digər mədəniyyətlərə, siyasi baxışlara hörmətlə yanaşmaqla qloballaşmış dünya ilə bağlantı qurmağı aşılayan tam tədris təcrübəsidir. Həmçinin şagirdlərdə UN konfransı ərzində liderlik, tədqiqatçılıq, yazı, ictimai natiqlik və problemin həlli təcrübəsi kimi keyfiyyətlər inkişaf etdirilir.

Şagirdlərimiz müxtəlif komitetlərdə müxtəlif ölkələri təmsil edərək debatlarda, müzakirələrdə, qarşiya qoyulan problemlərin həlli yollarının araşdırılmasında çox fəal iştirak edərək uğurlu çixişlar etdilər.