Zərərli vərdişlər. Siqaret çəkməyin fəsadları

18 Fevral 2026

Lisey şagirdləri arasında sağlam həyat tərzinin təşviqi xüsusi əhəmiyyət daşıyır. Təəssüf ki, bəzi yeniyetmələr arasında siqaret çəkmə kimi zərərli vərdişlərə maraq müşahidə olunur. Halbuki siqaret insan sağlamlığına ciddi zərər vurur, xüsusilə inkişaf dövründə olan gənclər üçün daha təhlükəlidir. Bu vərdiş tənəffüs sistemi xəstəliklərinə, ürək-damar problemlərinə və ümumi fiziki zəifliyə səbəb ola bilər.
Liseyimizdə bu cür halların qarşısını almaq məqsədilə mütəmadi maarifləndirici tədbirlər, söhbətlər və görüşlər təşkil olunur. Şagirdlərə sağlam həyatın üstünlükləri izah edilir, onların düzgün seçim etmələrinə dəstək verilir. Unutmayaq ki, sağlam gələcək bu gün atılan düzgün addımlardan başlayır.