Reproduktiv sağlamlıq nədir?

22 Aprel 2026

Liseyimizdə “Reproduktiv sağlamlıq nədir?” mövzusunda maarifləndirici görüş təşkil olunmuşdur. Tədbirdə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM)-nin həkim-metodisti Teymur Musaoğlu şagirdlərlə geniş təqdimatla çıxış etmişdir.
Təqdimat zamanı reproduktiv sağlamlığın mahiyyəti, onun qorunmasının əhəmiyyəti, düzgün həyat tərzi, gigiyena qaydaları və sağlam gələcək üçün məsuliyyətli davranış mövzuları ətraflı izah olunmuşdur. Qeyd edilmişdir ki, reproduktiv sağlamlıq yalnız xəstəliklərin olmaması deyil, həm də fiziki, psixoloji və sosial rifah halını əhatə edir.
Görüş interaktiv formada keçmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmış, mövzu ilə bağlı maarifləndirici tövsiyələr verilmişdir. Sonda vurğulanmışdır ki, gənclərin bu sahədə düzgün məlumatlandırılması onların sağlam və uğurlu gələcəyi üçün mühüm rol oynayır.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Teymur Musaoğlu geniş təqdimatla çıxış edib.