Liseyimizdə “Qohumlararası nikahların fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirin məqsədi şagirdləri bu tip nikahların mümkün tibbi və sosial nəticələri barədə məlumatlandırmaq olmuşdur.
Çıxış edən mütəxəssislər qeyd etmişlər ki, qohumlararası nikahlar genetik xəstəliklərin yaranma riskini artırır, bu isə gələcək nəsillərin sağlamlığına mənfi təsir göstərə bilər. Həmçinin belə nikahların psixoloji və sosial çətinliklər yarada biləcəyi vurğulanmışdır.
Tədbir zamanı şagirdlərə sağlam ailə qurmağın əsas prinsipləri izah olunmuş, düzgün seçim etməyin və məlumatlı olmağın vacibliyi diqqətə çatdırılmışdır. Görüş interaktiv şəkildə keçmiş, şagirdlərin sualları cavablandırılmış və mövzu ətrafında geniş müzakirələr aparılmışdır.
Sonda bildirildi ki, sağlam cəmiyyətin formalaşması üçün gənclərin maarifləndirilməsi və onların düzgün qərarlar verməsi mühüm əhəmiyyət daşıyır.
Qohumlararası nikahların fəsadları
13 Aprel 2026


