Liseyimizdə erkən nikahın mənfi təsirləri ilə bağlı maarifləndirici tədbir təşkil olunmuşdur. Tədbirin əsas məqsədi şagirdləri erkən yaşda ailə qurmağın yaratdığı sosial, psixoloji və sağlamlıq problemləri barədə məlumatlandırmaq olmuşdur.
Çıxış edənlər qeyd etmişlər ki, erkən nikah təhsilin yarımçıq qalmasına, gənclərin gələcək karyera imkanlarının məhdudlaşmasına və ailə daxilində müxtəlif çətinliklərin yaranmasına səbəb ola bilər. Həmçinin erkən yaşda ana olmaq qızların sağlamlığı üçün ciddi risklər yaradır və bu, həm ana, həm də körpə üçün təhlükəli nəticələrə gətirib çıxara bilər.
Tədbir çərçivəsində şagirdlərlə açıq müzakirələr aparılmış, onların sualları cavablandırılmış və düzgün qərar verməyin əhəmiyyəti vurğulanmışdır. Sonda bildirildi ki, hər bir gəncin sağlam, savadlı və uğurlu gələcəyi üçün təhsil almaq və özünü inkişaf etdirmək əsas prioritet olmalıdır.
Erkən nikahın fəsadları
16 Aprel 2026



