"Dünya bizim evimizdir"

18 Aprel 2024

18.04.2024-cü il tarixində liseyin 2023-cü il məzunu Yunis Fatimənin təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı "Dünya bizim evimizdir" adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Dillər Universitetinin İngilis dilinin fonetikası kafedrasının müəllimi  Bəyim Kərimova, tələbələr Yunis Fatimə, Abdullayeva Fatimə, Rzayeva Dilavər və liseyin müəllim , şagird kollektivi iştirak ediblər.