"Zəfər tarixi" şagirdlərin baxışında

28 Oktyabr 2021

  28 Oktyabr tarixində İngilis dili kafedrasının müəllimləri Şövkət Qəribova və Sevinc Ramazanova tərəfindən 9,10 və 11 ci siniflərin cəlb edildiyi açıq dərs təşkil edilmişdir. Şagirdlərin tarix fənnindən olan biliklərini ingilis dilində nümayiş etdirə bildikləri dərs “ Zəfər tarixi’’ nə
həsr edilmişdir. Dərs prosesində şagirdlər qruplar şəklində 1-ci və 2-ci Qarabağ müharibələri müddətində ön və arxa cəbhədəki vəziyyəti araşdırmış, topladıqları məlumatlara əsasən təqdimatlar etmişdir. Şagirdlərin tarix fənnindən əldə etdikləri bilikləri ilə yanaşı ingilis
dilində tədqiqat apararaq öyrəndikləri yeni informasiyaları xarici dildə təqdim etmə bacarıqları müşahidəçilərin xüsusi marağına səbəb olmuşdur.

Qısa icmal: https://youtu.be/vVpyNXYO-k0