Qalib Azərbaycanım

02 Noyabr 2021

   2 noyabr 2021-ci il tarixində liseydə 10a3 sinfinin iştirakı ilə Azərbaycan dili və ədəbiyyat fənnindən açıq dərs təşkil edilmişdir. Sinfin Azərbaycan dili və ədəbiyyat müəllimi , sinif rəhbəri Rəna xanım Xəlilovanın təşkil etdiyi dərsdə "8 Noyabr-Zəfər bayramı" mövzusunda şagirdlərlə müzakirələr aparılmış, Azərbaycanın haqlı mübarizəsindən söz açılmışdır. Eyni zamanda, dərsin gedişində 10a3 sinfinin hazırladığı, 44 günün xronikasını əks etdirən "Zəfər tarixi" adlı kitabı və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş videoçarx iştirakçılara təqdim olunmuşdur.

   Şagirdlərin Almas İldırımın "Əsir Azərbaycanım" şeirini "Qalib Azərbaycanım" adı altında bugünkü qələbəmizə həsr olunmuş, tamamilə dəyişdirilmiş formada təqdim etməsi də maraqla qarşılanmışdır. Dərsin gedişində liseydə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Pərvin xanım Qəribova da sinif rəhbəri olduğu 11a3 sinfinin şagirdləri ilə müzakirələr aparmış, sonda isə bir gün güneyli-quzeyli vahid Azərbaycanı görəcəyimizi arzu edərək dərsi sonlandırmışdır.