İnformatika fənni üzrə açıq dərs keçirildi

12 May 2022

12.05.2022-ci il tarixdə akademik Zərifə Əliyeva adına liseydə İnformatika fənni üzrə 9a4 sinfində “İnformasiyanın ötürülməsi” mövzusunda açıq dərs keçirildi. İnformatika müəllimi Kəmalə Rəsullu dərsdə IBL( Araşdırma əsaslı öyrənmə), PBL( Layihə əsaslı öyrənmə) tədris metodlarını tətbiq edərək şagirdlərlə mövzu üzərindən aktiv dərs təşkil etdi.
Şagirdlər əyani olaraq mikrobitlə radio əlaqənin qurulmasını yerinə yetirdilər.
Eyni zamanda bu fəaliyyətə dinləyici müəllimlər də xüsusi maraq göstərdilər və həmin prosesi uğurla yerinə yetirdilər.