Fizika fənnindən Açıq dərs

14 Aprel 2022

14.04.2022-ci il tarixində liseyin fəaliyyət planına əsasən  9A4 sinfində fizika müəllimi  Rəşad Xamoyevin  hazırladığı  “Toplayıcı linzanin fokus məsafəsinin və optik qüvvəsinin təyini”  mövzusunda açıq dərs keçirildi.

Şagirdlər əvvəlcə onlara verilmiş toplayıcı və səpici optik linzaların həndəsi ölçülərinə görə əyrilik radiuslarını analitik yolla hesabladılar.

Sonra təcrübələr əsasında toplayıcı linzanın fokus məsafəsini və optik qüvvəsini müəyyən etdilər. Alınmış nəticələr əsasında nazik linza düsturuna görə linza maddəsinin sındırma əmsalını hesabladılar.