Qafqaz Universitetinə növbəti səfər

23 Oktyabr 2015

23.10.2015-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseyin müəllim-şagird heyətinin bəzi nümayəndələri Qafqaz Universitetinin qonağı oldular. 
Akademik göstəricilərinə görə Azərbaycan təhsil sistemində ön sıralarda yer tutan iki nüfuzlu təhsil ocağı 2015-2016-cı tədris ilində bir sıra layihələr, tədqiqatlar, elmi araşdırmalar və s. məsələlər üzərində birgə çalışmaq  üçün növbəti əməkdaşlığa imza atdı. 
Şagirdlərin Qafqaz universiteti ilə yaxından tanışlığı, professor-müəllim heyəti ilə görüşü, onları maraqlandıran suallar aldıqları cavablar, bu görüş zamanı yaranan yeni fikirlər artıq birgə əməkdaşlığın gələcəkdə əldə ediləcək uğurların carçısı olduğunu bir daha sübut edirdi.