Liseyimizdə “Qarabağ Azərbaycandır!” adlı layihə müsabiqəsi keçirilib

04 Noyabr 2022

Liseydə Zəfər Günü ilə əlaqədar  “Qarabağ Azərbaycandır!” adlı layihə müsabiqəsi keçirilmişdir. Müsabiqədə liseyin 9- cu sinif şagirdlərinin 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş bölgələr haqqında hazırladıqları tədimatlar dinlənilmişdir.

Şagirdlərin təqdim etdikləri layihələr müxtəlifliyi və orijinallığı ilə bir- birindən seçilirdi. Təqdimatlar münsiflər tərəfindən qiymətləndirildi.