Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar inşa müsabiqəsi keçirildi

11 Aprel 2015

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunmuş inşa müsabiqəsi artıq 9-cu dəfədir təşkil olunur. Müsabiqənin respublika mərhələsi 2015-ci il aprel ayının 11-də Bakı şəhərində Akademik Zərifə Əliyeva adına liseydə keçirilmişdir. Respublika mərhələsinin iştirakçıları arasından qaliblər seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüləcəklər. Müsabiqə qaliblərinin inşa yazıları kitab şəklində çap olunacaq, onlar təntənəli keçirilən mərasimdə qiymətli hədiyyələrlə təltif ediləcəklər.