Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülən şagirdlərimiz

15 Sentyabr 2015

 

“Elm, bilik elə həzz mənbəyidir ki, o insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını belə unutdura bilər”.        
                                                                                 Konfutsi
 
 
 
3 il, 1000-ə yaxın gün, 24 000 saat...və isti, soyuq, qar, çovğun, gecə-gündüz demədən yalnız bir məqsəd uğrunda-kamilliyə yetmək uğrunda aparılan ədalətli mübarizə meydanında kitab, qələm, dəftərlə silahlanaraq döyüşmək. 
 
Bu mübarizə meydanında Akademik Zərifə Əliyeva adına liseyin 161 məzununun hamısı qələbə qazanaraq tələbə kimi müqəddəs adın layiqli təmsilçisinə çevrildi. Liseyin məzunları sırasında 40 nəfər 600-dən yüksək bal toplayaraq liseyimizin adını yüksək zirvələrə ucaltdılar. 40 nəfərin içində 2015/2016-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinın Sərəncamına əsasən Akademik Zərifə Əliyeva adına liseyin 3 məzunu- Zaur Şahverdiyev(11R1), Babaşova Məhbubə(11A3) və İsmayılov Fərid (11A2)  Prezident təqaüdünə layiq görüldü.

Sokrat yazırdı: "Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir".
 
Ümid edirik ki, liseyin sevimli məzunları həm müəllimlərinin, həm valideynlərinin, ən əsası özlərinin əməklərini layiqincə dəyərləndirərək doğma məktəblərinin adını yüksəltməkdə davam edəcəklər. Bu yolda biz onlara bol uğur arzu edirik.