Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2019-2022-ci illər üçün Dövlət Programı planı üzrə Akademik Zərifə Əliyeva adına liseydə 16 və 23 oktyabr 2019-cu il tarixlərində aidiyyati tədbir həyata keçirilmişdir. Tibbi müayinələri təhsil müəssəsində fəaliyyət göstərən tibb məntəqəsinin həkim və tibb bacısı, Yasamal rayon 5 saylı uşaq poliklinikasının həkim mütəxəsisləri ( okulist, lor, cərrah, nevropotolog, dermotoloq, stomotolog, terapevt ) tərəfindən aparılmışdır. Hərtərəfli müayinə zamanı aşkar edilən xəstəliklər qeydə alınaraq müvafiq uşaq poliklinikalarına əlavə müayinə və müalicəyə göndərilir. Yoxlamada liseydə oxuyan 612 yeniyetmə şagird iştrak edib.
Şagirdlərin dispanserizasiyası
23 Oktyabr 2019




