Hüquq və İnsan Haqları İnstitutunun 1 iyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təşkil etdiyi tədbirdə akademik Zərifə Əliyeva adına liseyin şagirdləri də iştirak ediblər. Görüşdə uşaq hüquqları ilə bağlı məlumat sessiyası təşkil edilərək şagirdlərə geniş məlumat verilmişdir. Liseyin şagirdləri fəal iştirak etmişlər. Sonda şagirdlərə uşaq hüquqlarından bəhs edən kitab hədiyyə edilmişdir.
Şagirdlərimiz 1 iyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təşkil edilən tədbirdə iştirak ediblər
02 İyun 2025


