Şagirdimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasından (EJOI -2025) bürünc medal qazanıb

03 Sentyabr 2025

Şagirdimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasından (EJOI -2025) bürünc medal qazanıb

29 avqust – 4 sentyabr 2025-ci il tarixlərində Bolqarıstan Respublikasının Şumen şəhərində təşkil edilən 9-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (https://2025.ejoi.org) keçirilib. 24 ölkədən 96 məktəblinin iştirak etdiyi müsabiqədə Akademik Zərifə Əliyeva adına liseyinin 9-cu sinif şagirdi Fateh Əhmədzadə bürünc medal qazanıb.

Fatehi və eləcə də komandanın digər üzvlərini ürəkdən təbrik edir, onlara növbəti müsabiqələrdə də uğurlar arzulayırıq.