Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub

05 İyul 2024

Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub.

Mükafatçılar sırasında liseyimizin şagirdləri də iştirak edərək öz medal və sertifikatlarını əldə ediblər.

Belə ki, şagirdlərimiz Coğrafiya fənni üzrə 1 qızıl medal, Fizika fənni üzrə 2 gümüş medal, İnformatika fənni üzrə 1 qızıl, 1 gümüş, 3 bürünc medal, Kimya fənni üzrə 1 gümüş medal, Riyaziyyat fənni üzrə 1 gümüş medal olmaqla ümumilikdə 10 medal əldə ediblər.

Qalib şagirdlərimizi bir daha ürəkdən təbrik edirik.