Liseyimizin məzunları üçün görüş təşkil edilir

20 İyun 2025

İyun ayının sonunda akademik Zərifə Əliyeva adına liseyin 2010-cu ildən 2024-cü ilə qədər olan məzunları üçün görüş təşkil edilir. Görüş 30 iyun 2025-ci il saat 18:00-da akademik Zərifə Əliyeva adına liseyin həyətində baş tutacaq. Görüşə yolu liseydən keçən bütün əməkdaşlarımız, ölkəmizdə və dünyanın müxtəlif ölkələrində, müxtəlif şirkətlərdə və ya qurumlarda fəaliyyət göstərən və eyni zamanda universitetlərdə tələbə olan məzunlarımız dəvətlidir.
Görüşənədək, əziz məzunlar....