Əziz şagirdlər! Liseyimizdə İngilis dili kafedrasının birgə təşkil etdiyi İngilis dilində danışıq klubu "Conversation club" fəaliyyətə başladı. Siz bu kluba üzv olmaqla İngilis dilində müstəqil mövzular üzrə müzakirələr apara, ideyalarınızı bölüşə, bir-birindən maraqlı innovativ oyunlarla söz ehtiyatınızı artıra bilərsiniz. "Conversation club" həftənin ikinci günü 101-ci otaqda keçirilir. Əziz şagirdlər, sizi klubumuzda aktiv iştiraka dəvət edirik.
Əziz şagirdlər! Akademik Zərifə Əliyeva adına liseydə "Conversation club" fəaliyyətə başladı
04 Aprel 2017
