22.01.2020-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseyin kollektivi iki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110-cu ildönümü münasibəti ilə məzarını ziyarət etmiş, abidəsi üzərinə qərənfillər düzmüşdür. 24.01.2020-ci il tarixində isə Hərb tarixi muzeyində qəhrəmanın 17 №-li tankı, döyüş yolu və s. barədə şagirdlərə geniş məlumat verilmişdir. Şagirdlər nun şəxsi əşyaları ilə tanış olmuşdurlar. Ekskursiya zamanı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun tankı önündə xatirəsi də yad edilmişdir.
Dünya hərb tarixinə imza atmış sərkərdə
25 Yanvar 2020








