Buraxılış vərəqinin təhvil alınması üçün son gün - IX sinif

21 İyun 2025

22 iyun 2025-ci il Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən IX sinfə qəbul üçün təşkil ediləcək qəbul imtahanı üçün buraxılış vərəqinin təhvil alınması üçün 21 iyun 2025-ci il son gündür. Buraxılış vərəqlərini təhvil almayan namizədlərin valideynləri 21 iyun (şənbə) tarixində (15:00-a qədər) liseyə yaxınlaşaraq imtahana buraxılış vərəqlərini təhvil ala bilərlər. Qeyd edək ki, imtahana giriş yalnız lisey tərəfindən təqdim edilən buraxılış vərəqi və şəxsiyyət vəsiqəsini birlikdə təqdim etdikdə mümkündür.
İştirak edən bütün şagirdlərə uğurlar arzulayırıq.