Azərbaycan Respublikası Təhsil Nazirinin 06.10.2017 tarixli əmri ilə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup müəllim təltif edilmişdir. Sevindirici haldır ki, onların arasında liseyimizin 6 müəllimi də vardır: Qılman Eyvazov, Alla Hacıyeva, Aytən Tahirli, Gülçöhrə Əsədova, Leyla Fətiyeva, Pərvin Qəribova. Biz də hörmətli müəllimlərimizi təbrik edir, pedaqoji fəaliyyətlərində bundan sonra da uğurlar əldə etmələrini arzulayırıq.
Akademik Zərifə Əliyeva adına liseyin bir qrup müəllimi təltif edildi
13 Oktyabr 2017





