29 Dekabr Şəhid Namiq Quliyevin doğum günüdür

29 Dekabr 2022

Bugün şəhid Namiq Quliyevin doğum günüdür.

Akademik Zərifə Əliyeva adına liseyin müəllim və şagird kollektivi 2012-ci il məzunumuz, şəhid Namiq Quliyevin məzarını ziyarət etdilər. Kollektiv adından şəhidimizin məzarı üstə əkili qoyuldu.

Qeyd edək ki, Şəhid Namiq Quliyev işğal altında olan ərazilərin azad edilməsi uğrunda gedən Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl, Füzuli və Xocavənd uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuşdur.

“Vətən  uğrunda”,  “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif  edilmişdir.

Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyir, yaxınlarına səbr arzulayırıq.