2025-2026-cı tədris ili üçün Akademik Zərifə Əliyeva adına liseyin IX siniflərinə qəbul imtahanının tarixi bəlli oldu

04 İyun 2025

2025-2026-cı tədris ili üçün akademik Zərifə Əliyeva adına liseyin IX siniflərinə qəbul olmaq istəyən şagirdlər üçün qəbul imtahanının tarixi bəlli olub. İmtahan Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən 22 iyun 2025-ci il tarixində liseyin binasında təşkil ediləcək.

Qeydiyyat müddəti isə 15 iyun 2025-ci il (09:00-15:00) tarixinə qədər uzadılıb.

Müsabiqədə hazırda ümümtəhsil məktəblərinin, lisey və gimnaziyaların Azərbaycan və rus bölmələrinin bütün 8-ci sinif şagirdləri iştirak edə bilərlər.
İmtahanda iştirak etmək üçün aşağıda göstərilən sənədlər liseyə təqdim olunmalıdır.

1.Müraciət anketi (Endirmək üçün: https://bit.ly/3Br0OWZ)
2.Şagirdin şəxsiyyət vəsiqəsinin surəti
3.Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti
4.Şagirdin son 6 ayda çəkilmiş 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkli

Sənədlərin qəbul vaxtı təyin olunduğu gündən etibarən həftə içi hər gün (iş günləri) 09:00-dan 15:00-a qədərdir.
İmtahanda iştirak etmək üçün müvafiq buraxılış vərəqini isə 18-21 iyun tarixlərində liseyimizdən əldə edə bilərsiniz.