2025-2026-cı tədris ili üçün Akademik Zərifə Əliyeva adına liseyin IX siniflərinə qəbul elan edilir

19 May 2025

2025-2026-cı tədris ili üçün akademik Zərifə Əliyeva adına liseyin IX siniflərinə qəbul prosesinə başlandı!

Son qeydiyyat: 31 may 2025-ci il (09:00-15:00)

Müsabiqədə hazırda ümümtəhsil məktəblərinin, lisey və gimnaziyaların Azərbaycan və rus bölmələrinin bütün 8-ci sinif şagirdləri iştirak edə bilərlər.
İmtahanda iştirak etmək üçün aşağıda göstərilən sənədlər liseyə təqdim olunmalıdır.

1.Müraciət anketi (Endirmək üçün: https://bit.ly/3Br0OWZ)
2.Şagirdin şəxsiyyət vəsiqəsinin surəti
3.Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti
4.Şagirdin son 6 ayda çəkilmiş 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkli

Sənədlərin qəbul vaxtı təyin olunduğu gündən həftə içi hər gün (iş günləri) 09:00-dan 15:00-a qədərdir.
İmtahanda iştirak etmək üçün müvafiq buraxılış vərəqini qeyd olunacaq tarixdə liseyimizdən əldə edə bilərsiniz.

Qeyd edək ki, imtahan tarixi ilə bağlı yaxın günlərdə elan veriləcək.