Zorakılığa YOX deyək

18 Oktyabr 2022

17-21.10. 2022 ci il trixlərində “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamının 12.5-ci bəndinə əsasən “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin gücləndirilməsi”nə dair 12.5.3-cü yarımbəndinin icrasının təmin olunması məqsədilə liseydə  “Zorakılığa YOX deyək”  başlığı altında  maarifləndirici tədbirlər keçirilib.

Şagirdlərə mövzu ilə bağlı hazırlanmış təadimatlar nümayiş etdirildi, onlarla mövzu ətrafında söhbət aparıldı. Məktəbdənkənar mühitdə, ailədə, şagirdlərin fəaliyyət göstərdikləri digər cəmiyyətlərdə zorakılığa rast gəldikləri halların təhlili aparıldı.
 Maarifləndirmə tədbirində iştirak edən məzunlarımız şagirdlərə liseydə illərdir mövcud olan səmimi münasibəti qoruyub saxlanmasını tövsiyyə etdilər və bu sahədə istənilən dəstəyi göstərəcəklərinə söz verdilər.