Zəfər Günün mübarək, Azərbaycan “ adlı tədbir keçirilib

05 Noyabr 2022

Liseyimizdə “Zəfər Günün mübarək, Azərbaycan “ adlı tədbir keçirildi. Liseyin şagirdlərinin bir-birindən gözəl çıxışları iştirakçılarda əsl bayram əhvali-ruhiyyəsi yaratdı.

Tədbirin sonunda liseyin direktoru Fərqanə İsayeva çıxış edərək hamını Zəfər Günü münasibətilə təbrik etdi, müharibə iştirakçılarına, qazilərimizə bu günü bizimlə birlikdə olduqları üçün, şagirdlərimizə göstərdikləri dəstəyə, verdikləri dəyərə görə təşəkkürünü bildirdi. Qazilərimizə lisey kollektivi adından xatirə hədiyyələri təltif olundu. Sonda xatirə şəkli çəkildi.