TƏLİMDƏ TƏR, DÖYÜŞDƏ ZƏFƏR

05 Noyabr 2022

05.11.2022-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə HR Qılman Eyvazovun təşkilatçılığı ilə xalqımızın tarixi qələbəsi olan Zəfər Gününə həsr olunmuş “Təlimdə tər, döyüşdə zəfər” adlı hərbi idman bayramı keçirildi. Tədbirin əvvəlində ulu öndər və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edildi, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Hərbi Orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Himni ifa olundu. Azərbaycan Respublikasının Dövlət Bayrağı təntənəli sutərdə meydana gətirildi. Sonra liseyin 10-cu siniflərinin andiçmə marasimi keçirildi.

11-ci siniflər arasında keçirilən hərbi idman bayramında iştirak edən şagirdlər yüksək hərbi hazırlıq nümayiş etdirdilər. Hərbi idman yarışının qalibi olan 11r4 sinfinin “Adrenalin“ komandası “Dəmir Yumruq” kuboku ilə təltif olundu, digər iştirakçı komandalar diplomlara layiq görüldülər.

Zəfər Gününə həsr olunmuş tədbirdə qonaq qismində:
Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri: Emin Babayev, Cavid Şıxcəfərli;
Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi  Xəzər Əkbərli ;
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki Hazırlıq İdarəsinin rəisi Füzuli İsmayılov ;
157 saylı orta məktəbin Hərbi Rəhbəri  Muraz Sadıxov;
308 saylı orta məktəbin Hərbi Rəhbəri  Vüsal Nağıyev ;
222 saylı orta məktəbin Hərbi Rəhbəri Elnur Nəsibov;
160 saylı orta məktəbin Hərbi Rəhbəri Elnur İsayev;
Akademik Zərifə Əliyeva adına liseyin  “Biz sizinləyik “ layihəsinin qaziləri Anar Əsədov, İntiqam Əkbərov və layihə rəhbəri liseyin valideyni Elçin Əzizov iştirak etdilər.