17.01.2015-ci il tarixində liseydə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
10r3 sinif şagirdlərinin hazırladıqları bədii hissədən sonra o illərin canlı şahidləri olan müəllimlər öz xatirələrini şagirdlərlə bölüşüblər.
Çıxış edənlər şagirdlərə hazırladıqları tamaşaya görə təşəkkürlərini bildiriblər və vətənini, xalqını sevən, şəhidlərin ruhuna hörmət edən gənclər yetişdikləri üçün qürur duyduqlarını dilə gətiriblər.