Sağlam ailə - sağlam gələcək

28 Oktyabr 2022

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” ilə müəyyənləşdirilmiş fəaliyyət istiqamətləri üzrə liseydə  erkən nikahın, xüsusilə də qohum nikahların mənfi nəticələri ilə bağlı maarifləndirici  tədbir keçirilmişdir. Liseyin biologiya müəllimi Aynur Əlizadənin təşəbbüsü ilə keçirilmiş bu tədbirdə 10r4 və 11r4 siniflərinin şagirdləri iştirak edirdilər.

    Tədbirdə qohum  nikahların iqtisadi və sosial tərəfləri müzakirə edilmişdir. Lakin tibbi və genetik nöqteyi-nəzərdən belə nikahların gələcək nəsillərdə özünü göstərə biləcək mənfi nəticələri də  qeyd olunmuşdur. Tədbirin əvvəlində  iştirakçılar arasında  sorğu keçirilmiş, bunun əsasında tədbirin əsas mövzusu uğurlu ailənin sirləri müəyyənləşdirilmişdir. 11r4 sinif şagirdləri Zəhra Cəfərova və Məryəm Əlizadənin mövzu ilə bağlıl hazırladıqları təqdimat dinlənilmişdir. Qohum nikahların törədə biləcəyi fəsadlarlı özündə əks etdirən videoçarxlar nümayiş etdirilmişdir.