Şagirdlərimiz "Hərbi Qənimətlər" parkında

11 Aprel 2022

Akademik Z.Əliyeva adına liseyin 9a1 sinif şafirdləri “Hərbi Qənimətlər Parkı”nda ekskursiyada olublar. Şagirdlər Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr-10 noyabr 2020-ci il tarixində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərlə və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədləri ilə tanış olublar.