Müstəqilliyimiz əbədidir

18 Oktyabr 2022

Liseydə  18 Oktyabr Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin ifa olunması ilə açıq elan olundu. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Liseyin 9a2 sinif şagirdləri tərəfinədən hazırlanmış tədbirdə şagirdlərin Azərbaycanı müstəqilliyə aparan tarixi yolu əks etdirən təqdimatı dinlənildi, film nümayiş etdirildi.

Təqdimatda Müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin yarandığı gündən bu günədək keçdiyi tarixi yol əks olunmuşdu.

Azərbaycan xalqının ən böyük arzusu işğal altında olan torpaqlarının azad edilməsi, ərazi bütövlüyünün bərpası idi. Xalqın bu arzusunu prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən Müharibəsində (İkinci Qarabağ Mühartibəsi) prezident, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən Azərbaycan torpaqlarından qovulub çıxarıldı, dövlətin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir!

Tədbirin sonunda liseyin tarix müəllimi Pərviz Ağalarov və liseyin direktoru Fərqanə İsayeva çıxış edərək tədbiri hazırlayan  şagirdlərə təşəkkürlərini bildirdilər və xalqımızın igid övladlarının qanı və canı bahasına qazanılmış bu müstəqilliyi qorumağa çağırdılar.