Bu gün Azərbaycan xalqı müstəqil dövlətimizin memarı və qurucusu olan Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini dərin hörmət və ehtiramla anır. Bu münasibətlə liseydə də Azərbaycan xalqının tarixində dərin iz qoymuş dahi şəxsiyyətlərdən olan Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirildi. Tədbirdə şagirdlərin çıxışları dinlənildi, H.Əliyevin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.
Liseyin tarix müəllimi Rüfət Rizayev öz çıxışında bildirdi ki, məhz Ulu öndərin atdığı uğurlu addımlar, apardığı düzgün siyasət Azərbaycan dövlətini və dövlətçiliyini təhlükədən xilas etdi. Xalqın müstəqilliyə olan inamı daha da gücləndi.