Liseyimizdə “Qələbəyə gedən yol” adlı rəsm sərgisi təşkil olunub

03 Noyabr 2022

Bu gün Akademik Zərifə Əliyeva adına liseydə təsviri incəsənət müəllimi Təranə Əhmədovanın təşəbbüsü ilə “Qələbəyə gedən yol” adlı rəsm sərgisi təşkil olunub. Sərgidə qonaq qismində Azərbaycanın xalq rəssamı, professor Arif Hüseynov və Rəssamlar İttifaqının üzvü, layihə rəhbəri, sərgi və tədbirlərin təşkilatçısı Elnurə İsgəndərova iştirak edib. Şagirdlərin rəsmlərinə baxış keçirən Arif Hüseynov liseyimizin şagirdləri olan gənc rəssamlara öz dəyərli tövsiyyələrini verib. Daha sonra liseyin şagirdi Emin Əhmədov tərəfindən hazırlanmış A. Hüseynovun yaradıcılığını əks etdirən təqdimat nümayiş etdirilib. Gənc rəssamlara təşəkkürnamə və diplomlar təqdim olunub. Tədbirin sonunda liseyin direktoru Fərqanə İsayeva çıxış edərək qonaqlara sərgidə iştirak etdiklərinə görə minnətdarlığını bildirib.