11 noyabr 2025 ci ildə Konstitusiya və Suverenlik ili çərçivəsində liseyimizdə tədbir keçirilib. Liseyin tarix müəllimi Rüfət Rizayev çıxış edərək tədbiri açıq elan edib və sonra şagirdlərin təqdimatları dinlənilib. Təqdimatlar zamanı hüquqlar və vəzifələr, dövlət quruluşu, eləcə də suverenliyin tariximizdəki əhəmiyyəti kimi mövzular interaktiv formada izah edilib, təqdimatlar ətrafında fəal müzakirələr aparılıb.
Tədbirlərin əsas məqsədi şagirdlərə Azərbaycan Konstitusiyasının mahiyyətini, dövlətimizin suverenlik dəyərlərini və onların cəmiyyətdəki rolunu daha dərindən çatdırmaq olub.
Konstitusiya və Suverenlik ilinə həsr olunmuş dəyirmi masa
11 Noyabr 2025




