"Gələcəyin səsi bizik"

14 Noyabr 2025

14 noyabr 2025-ci il tarixində liseyin 10a3 sinif şagirdləri, Uşaq Səfirlər Məclisinin Bakı fəalları İnci Abbaslı və Fidan Abbaslının təşəbbüsü ilə "20 oktyabr - 20 noyabr "Hüquq aylığı" çərçivəsində Akademik Zərifə Əliyeva adına liseydə "Gələcəyin səsi bizik" adlı tədbir təşkil olunub.
Tədbirdə Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri və Azərbaycan Uşaqlarının Inkişaf Platforması və Uşaq Səfirlər Məclisidən qonaqlar iştirak ediblər. Görüş zamanı uşaqlara uşaq hüquqları, bərabərlik, fikir azadlığı və iştirak hüququ mövzularında ətraflı məlumat verilib. Daha sonra iştirakçılara Uşaq Səfirlər Məclisinin əsas məqsədləri, həyata keçirdiyi layihələr və sosial təşəbbüslər haqqında geniş məlumat təqdim olunub.