"Əli və Nino" əsəri təmsilində "Bakıya Şərq və Qərb mədəniyyətinin sintezi prizmasından baxış" adı altında görüşlər təşkil edilib

26 Oktyabr 2023

Qurban Səidin "Əli və Nino" əsəri təmsilində "Bakıya Şərq və Qərb mədəniyyətinin sintezi prizmasından baxış" adı altında görüşlər təşkil edilib!

Kitabxana müdiri İradə Hacızadənin rəhbərliyi ilə keçirilən görüşlərdəki fikir mübadiləsi liseyin 8-ci və 9-cu sinif şagirdlərinin böyük marağına səbəb olub.