Akademik Zərifə Əliyeva adına liseydə "Təlimdə tər, döyüşdə zəfər" adlı hərbi tədbirin final mərhələsi keçirildi

25 May 2017

  25 may 2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə ənənəvi "Təlimdə tər, döyüşdə zəfər" adlı hərbi tədbirin final mərhələsi baş tutdu. Yarışlar Akademik Zərifə Əliyeva adına liseyin hərbi rəhbəri Qılman Eyvazovun təşkilatçılığı ilə keçirildi. Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi,  Respublika Veteranlar Şurasının rəsmisi Adil Haqverdiyev, Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyev, Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Bakı şəhər ümumtəhsil məktəblərinin hərbi rəhbərləri final mərhələsinin qonaqları sırasında idilər. Yarışın  yarımfinal mərhələsinə  10A1, 10R4, 10A2+, 10A2 siniflərinin komandaları vəsiqə qazandı. Finalda 10R4 və 10A2 sinifləri yarışdı və 10A2 sinfinin "Turan" komandası qalib gəldi.  

  Akademik Zərifə Əliyeva adına liseyin kollektivi adından şagirdlərimizi təbrik edir və uğurlarının davamlı olmasını diləyirik.