28 noyabr tarixində liseydə tarix müəllimləri Rüfət Rizayev və Samir Səmədovun rəhbərliyi ilə Konstitusiya və Suverenlik ilinə həsr olunmuş bilik yarışı keçirilmişdir. Bu dəfə yarışda 9-cu sinif rus bölməsinin şagirdləri öz məharətlərini göstərmişdir. Gərgin mübarizə şəraitində keçən yarışda 9r1 sinif şagirdləri III yerə, 9r2 sinif şagirdləri II yerə, 9r4 sinif şagirdləri isə I yerə layiq görülmüşdür.
Konstitusiya və Suverenlik ilinə həsr olunmuş bilik yarışı keçirilib
28 Noyabr 2025





