Qaydalar

2023-2024-ci tədris ili üçün IX siniflərə qəbul elan edilir.

Müsabiqədə hazırda ümümtəhsil məktəblərinin, lisey və gimnaziyaların  Azərbaycan və rus bölmələrinin 8-ci sinif şagirdləri iştirak edə bilərlər.
İmtahanda iştirak etmək üçün aşağıda göstərilən sənədlər liseyə təqdim olunmalıdır.

1.Müraciət anketi (Endirmək üçün: https://bit.ly/3Br0OWZ)
2.Şagirdin şəxsiyyət vəsiqəsinin surəti
3.Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti
4.Şagirdin son 4 ayda çəkilmiş 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkli

Sənədlərin qəbul vaxtı təyin olunduğu gündən həftə içi hər gün (İş günləri) 10:00-dan 13:00-a qədərdir.

Qəbul imtahanı yalnız 1 mərhələdən ibarət olacaq.

Qəbul imtahanı Azərbaycan və Rus bölmələrində 4 qrup üzrə təşkil olunacaq

Şagirdlərə hər bir qrup üzrə 120 sual təqdim olunacaq

İmtahan müddəti 3 saatdır

Ana dili Azərbaycan bölməsində Azərbaycan dili , Rus bölməsində isə Rus dilidir

İmtahan zamanı səhv yazılmış hər bir sual doğru cavablara təsir göstərir. 1 səhv cavab doğru cavabın ¼ hissəsini silir.

Sual kitabçası şagirdlərə verilmir

Cavab kağızını karandaşla və ya silinə bilən qələmlə kodlaşdırmaq qadağandır

Liseyə qəbul imtahanında bütün fənlər üzrə 8-ci sinfin tam proqramı da daxil olmaqla aşağı siniflərdə əldə olunan bilik və bacarıqlara dair suallar təqdim olunacaqdır

İmtahan sualları bütövlükdə 5 variantlı qapalı testlərdən ibarətdir