BÖYÜK ZƏFƏRİN MEMARI

12 May 2023

Liseydə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Böyük Zəfərin memarı” adlı “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirildi. Liseyin tarix müəllimləri Pərviz Ağalarovun və Rüfət Rizayevin təşkilatçılığı ilə keçirilən bu yarışda liseyin 9a2 sinfinin “Böyük qayıdış”, 9a3 sinfinin “Turan”, 9a4 sinfinin “Dəmir yumruq”, 9r2 sinfinin “İstiqlal”  komandaları  iştirak edirdi.

Keçirilmiş bu bilik yarışmasında şagirdlərimiz xalqımızın Zəfər tarixi ilə yaxından tanış olduqlarını göstərdilər. Azərbaycan xalqını dünyaya tanıdan elm, mədəniyyət, siyasi xadimləri, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda  əvəzsiz xidmətləri olan qəhrəman oğul və qızlarımız haqqında mükəmməl biliyə sahib olduqlarını nümayiş etdirdilər.
 


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0