29 Dekabr Şəhid Namiq Quliyevin doğum günüdür!

29 Dekabr 2021

Bugün şəhid Namiq Əliyevin doğum günüdür.

Akademik Zərifə Əliyeva adına liseyin müəllim və şagird kollektivi 2012-ci il məzunumuz, şəhid Namiq Quliyevin məzarını ziyarət etdilər. Kollektiv adından şəhidimizin məzarı üstə əkili qoyuldu.
Şagirdlərə şəhidimizin Vətən müharibəsindəki qəhrəmanlığından, eləcə də təhsil aldığı dövrdəki aktiv fəaliyyətlərindən bəhs edildi.
Qeyd edək ki, Şəhid Namiq Quliyev işğal altında olan ərazilərin azad edilməsi uğrunda gedən Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl, Füzuli və Xocavənd uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuşdur.
“Vətən  uğrunda”,  “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif  edilmişdir.
Bir daha şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına səbr arzulayırıq.