Zərifə xanımın doğum günü ilə əlaqədar liseyimizdə ənənəvi xeyriyyə aksiyası təşkil edilib

26 Aprel 2024

26 aprel 2024-cü il tarixində Akademik Zərifə Əliyeva adına liseyin təşəbbüsü ilə akademik Zərifə xanım Əliyevanın doğum günü ilə əlaqədar ənənəvi xeyriyyə aksiyası təşkil edilib. Uzun müddətdir ki, liseyimiz tərəfindən hər il təşkil edilən xeyriyyə aksiyası akademik Zərifə xanımın doğum günü ilə əlaqədar keçirilir. Aksiyadan yığılan məbləğ kömək məqsədi ilə maddi ehtiyyacı olan insanlara verilir. Akademik Zərifə Əliyeva adına liseyin təşəbbüsü ilə keçirilən aksiyada lisey rəhbərliyi, müəllimlər, şagirdər və valideynlər, liseyimizin məzunları, müxtəlif qurumların əməkdaşları yaxından iştirak edirlər.

2024-cü ilin aksiyasında toplanan məbləğ 20 sentyabr 2023-cü ildə Ağdam-Xocalı istiqamətində aparılan anti-terror əməliyyatı zamanı yaralanan Zöhrabov Namiq Əsgər oğlunun müalicəsinə yardım məqsədilə verilib. 

Qeyd edək ki, xeyriyyə aksiyasında  yığılan 16300 manat (On altı min üç yüz manat ) vəsait  qazimizin valideynlərinin və liseyin idarə heyətinin iştirakı ilə “Məlhəm Beynəlxalq Hospitalının” İnzibati İşlər üzrə şöbənin rəhbəri Mahmudov Əli Vəli oğluna təhvil verilib. 

Qazimiz Zöhrabov Namiq Əsgər oğlunun tezliklə sağlığına qovuşmasını arzu edərək, uca Allahdan şəfa diləyirik . 

Media:
 AzTV