Elanlar

Qəbul qaydaları

Diqqət! Diqqət!

Müsabiqədə hazırda ümümtəhsil məktəblərinin, lisey və gimnaziyaların  Azərbaycan və rus bölmələrinin 8-ci sinif şagirdləri iştirak edə bilərlər.

Sənədlər elektron şəklində sayt vasitəsi ilə qəbul edilir. Elektron sənəd göndərildikdən sonra aşağıda göstərilən sənədlər liseyə təqdim olunmalıdır.

  • Şəxsiyyət vəsiqəsinin və ya doğum haqqında şəhadətnamənin surəti 
  • 4 ədəd 3×4 ölçüdə rəngli fotoşəkil
  • Şagirdin UTİS kodu (MS Teams-də istifadə etdiyi 7 rəqəm) nümunə üçün 1122334@student.edu.az ilə MS Teams-ə daxil olursa bu o edməkdir ki şagirdin UTİS kodu 1122334-dür
  • Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti

Sənədlərin qəbul vaxtı təyin olunduğu gündən həftə içi hər gün (İş günləri) 10:00-dan 13:00-a qədərdir.

Qəbul imtahanı yalnız 1 mərhələdən ibarət olacaq.

Qəbul imtahanı Azərbaycan və Rus bölmələrində 4 qrup üzrə təşkil olunacaq

Şagirdlərə hər bir qrup üzrə 120 sual təqdim olunacaq

İmtahan müddəti 3 saatdır

Ana dili Azərbaycan bölməsində Azərbaycan dili və Rus bölməsində isə Rus dilidir

İmtahan zamanı səhv yazılmış hər bir sual doğru cavablara təsir göstərir. 1 səhv cavab doğru cavabın ¼ hissəsini silir.

Liseyə qəbul imtahanında bütün fənlər üzrə 8-ci sinfin tam proqramı da daxil olmaqla aşağı siniflərdə əldə olunan bilik və bacarıqlara dair suallar təqdim olunacaqdır

İmtahan sualları bütövlükdə 5 variantlı qapalı testlərdən ibarətdir