YÜKSƏK MƏNƏVİYYAT VƏ DAİMİ ZƏNGİNLİK SİMVOLU

28 Aprel 2021

 Bu gün dünya şöhrətli alim, işıq, nur və  xeyirxahlıq mücəssəməsi olan  akademik Zərifə xanım Əliyevanın  anadan olmasının 98-ci  ildönümüdür.

  Bu münasibətlə Akademk Zərifə Əliyeva adına liseyin müəllim kollektivi Fəxri xiyabana gələrək, öncə  müasir müstəqil Azərbaycan dövlətinin  memarı və qurucusu, ümummilli lider Heydər Əliyein xatirəsini ehtiramla yad etmiş, məzarı üstünə gül dəstələri düzmüşdür.

    Liseyin kollektivi oftalmoloq alim, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Tibb Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, xeyirxah insan Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və güllər düzmüşdür.