Xeyriyyə aksiyasından toplanan vəsait “Məlhəm Beynəlxalq Hospitalının” nümayəndəsinə təhvil verilib.

27 Aprel 2024

Xeyriyyə aksiyasında  yığılan 16300 manat (On altı min üç yüz manat ) vəsait  qazimizin valideynlərinin və liseyin idarə heyətinin iştirakı ilə “Məlhəm Beynəlxalq Hospitalının” İnzibati İşlər üzrə şöbənin rəhbəri Mahmudov Əli Vəli oğluna təhvil verilib. 

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına liseyin təşəbbüsü ilə akademik Zərifə xanım Əliyevanın doğum günü ilə əlaqədar keçirilən ənənəvi xeyriyyə aksiyası 20 sentyabr 2023-cü ildə Ağdam-Xocalı istiqamətində aparılan anti-terror əməliyyatı zamanı yaralanan Zöhrabov Namiq Əsgər oğlunun müalicəsinə yardım məqsədi daşıyıb. 

Qazimiz Zöhrabov Namiq Əsgər oğlunun tezliklə sağlığına qovuşmasını arzu edərək, uca Allahdan şəfa diləyirik .