Şagirdlərimiz və müəllimlərimiz mükafatlandırıldı

10 İyun 2022

Akademik Zərifə Əliyeva adına liseydə H.Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin qalib şagirdi və fənn müəllimi və "Şuşa ili"nə həsr olunmuş "Təlimdə tər, döyüşdə zəfər" adlı məktəblilərarası hərbi yarışın qalibi olmuş 11 r4 sinfinin "Adrenalin" komandası Təhsil işçilərinin Azad Həmkarlar İttifaqının Yasamal rayon Həmkarlar Təşkilatı tərəfindən mükafatlandırılmışdır.

Tədbirdə iştirak edən Yasamal rayonu Həmkarlar Təşkilatının sədri Rövşən İbrahimov bu tədbirin təşkilatçılarına və qalib komandanın üzvlərinə Fəxri Fərman təqdim etmişdir.