Şagirdlərimiz Beynəlxalq "SIMOC" olimpiadasından qızıl və bürünc medallar qazanıblar

12 Avqust 2022

Şagirdlərimiz Beynəlxalq "SIMOC" Olimpiadasında qızıl və bürünc medallar qazanıblar.

Bu olimpiadada "fərdi" imtahan zamanı liseyimizin IX sinif şagirdi Məhəmməd İbrahimli və X sinif şagirdi Nicat Vəliyev bürünc medal, "Mind Sports Challenge" kateqoriyasında IX sinif şagirdimiz Fidan Xəlilova və X sinif şagirdimiz Əkbər Əli qızıl medal, "Math Master Mind" kateqoriyasında Məhəmməd İbrahimli isə bürünc medal qazanıblar.

Hər bir şagirdimizi təbrik edir, onlara bol-bol uğurlar arzu edirik!